2023-cü ilin sonlarında Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanunun qüvvəyə minməsi nəticəsində ölkə ərazisində pul vəsaitlərin mədaxil edilməsi, köçürülməsi, məxaric edilməsi və bu kimi qanunda sadalanan əməliyyatlar lisenziyalaşmış fəaliyyət növünə aid edilib.
Sözügedən Qanunun qəbulundan irəli gələrək, “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, özünün törəmə müəssisəsi olan “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb və Cəmiyyət ödəniş xidmətləri və elektron pulun emissiyası sahəsində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının 16.05.2024-cü il tarixli EPT-001 saylı lisenziyasını alıb.
Qanunun tələblərinə uyğun olaraq, “Azercell Telekom” MMC, təqdim etdiyi akart xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını 05.09.2024-cü il tarixindən etibarən “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə ötürür. Göstərilən tarixədək “Azercell Telekom” MMC-yə müraciət edib akart xidmətindən imtina etməyən müştərilər “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən eyni əlverişli şərtlər ilə təqdim edilən akart xidmətindən yararlanmağa davam edə biləcəklər.
"akart" istifadə qaydaları ilə buradan tanış olmaq olar:
"A-Solutions elektron pul təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti