Dayanıqlılıq

Etika və Komplayens

 

“A-Solutions EPT” MMC (bundan sonra, A-Solutions), biznes əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə və insan hüquqları, əmək münasibətləri, ətraf mühitin qorunması, ədalətli rəqabət, korrupsiya ilə mübarizəyə dair standartlar da daxil olmaqla, biznes fəaliyyətinin bütün sahələrində qəbul olunmuş etik normalara riayət edilməsinə görə məsuliyyət daşımaqdadır.  

A-Solutions, bütün səhmdarları, işçiləri və tərəfdaşları üçün iş yerində və ya iştirak etdiyi işgüzar münasibətlərdə əməl edilməsi zəruri olan əsas davranış prinsiplərini müəyyən edir.  

Məqsədimiz arzulanan iş yeri olmaqdır. Şirkət, səriştəli və təşəbbüskar şəxslərin peşəkar iş mühitinə cəlb olunması, onların inkişaf etdirilməsi və dəstəklənməsi istiqamətində səy göstərməkdədir. Biz, uşaq əməyi, köləlik və ya məcburi əməyin hər hansı formasından istifadəni qəbul etmirik.  

A-Solutions, biznes partnyorlarının, təchizatçılar və podratçıların etibarlı tərəfdaşıdır. Biz, bu etibarın qorunub saxlanması və qarşılıqlı maraqlara uyğun uzunmüddətli işgüzar münasibətlərin qurulmasını hədəfləməkdəyik.   

Şirkət olaraq yüksək keyfiyyətli ödəniş xidmətlərinin göstərilməsini hər hansı təhrifə yol vermədən təmin edirik.  

A-Solutions bütün səhmdar, əməkdaş və tərəfdaşlarını şirkətin fəaliyyətinə xələl gətirə biləcək hər hansı qanun və ya etik davranış qaydalarının pozuntusunu müşahidə etdikləri halda, çəkinmədən xəbər verməyə və “Məlumat vermə” kanalı vasitəsilə müvafiq pozuntu halını bildirməyə təşviq edir. Siz, bu cür arzuolunmaz hallar barədə məlumat verməklə müvafiq problemlər barədə tədbir görməyimizə, etibarlı biznes tərəfdaşı və uğurlu xidmət təchizatçısı kimi fəaliyyətimizin davam etdirilməsinə yardım edirsiniz.  

Şirkəti cari və mümkün problemlər barədə məlumatlandırma təşəbbüslərinizi yüksək qiymətləndiririk.  

 

Məlumat vermə kanalı 

Bu kanal vasitəsilə qeyd edilən bütün məlumatlar ciddi konfidensiallıq qaydaları ilə qorunur və şirkətdaxili qaydalara əsasən etika və komplayens üzrə cavabdeh struktur bölmənin əməkdaşları tərəfindən araşdırılır.  

Xəbərdarlıq sisteminə istənilən pozuntu halı ilə bağlı məlumat verən hər hansı bir şəxsə qarşı təhdid, təhqir və ya qisasalma əməllərinin törədilməsinə qarşıyıq və belə əməllərin qarşısını almaq məqsədilə müvafiq tədbirləri görməkdəyik.  

Məlumat vermə kanalı aşağıdakı kimidir: