“A-Solutions Elektron Pul Təşkilatı” MMC Azərbaycan Respublikasının Mərkəzi Bankının 16 may 2024-cü il tarixli EPT-001 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Azercell Telekom” MMC-dir. Təşkilat lisenziyaya əsasən aşağıdakı ödəniş xidmətlərini həyata keçirə bilər:
- Ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması
- Kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası
- Ödəniş əməliyyatının ekvayrinqi - Pul köçürməsi
- Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası
- Ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti
- Hesab üzrə məlumat xidməti.
Təşkilatın hüquqi ünvanı: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 149
Təşkilatın faktiki ünvanı: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 90
Əlaqə məlumatları: *3443, + 994 12 490 49 43
Qanuni təmsilçi: Baş İcraçı Direktor – Həsənov Həsən Oqtay oğlu