a-Benefit

Şirkət xərclərinin qənaətli idarəetmə həlli!

a-Benefit nədir?

a-Benefit - şirkət əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi təyinatlı balansdır. Bu balansların harada və hansı məqsədlə istifadə olunacağını əvvəlcədən müəyyən etmək mümkündür.

Ayrılmış vəsaitlər yalnız seçilmiş kateqoriyalarda və ya uyğun müəssisələrdə istifadə oluna bilər.

Ətraflı məlumat və əməkdaşlıq üçün: partners@akart.az

a-Benefit nədir?

a-Benefit balans növləri

Restoran, fitness, yanacaq və s. istək və ehtiyacınıza uyğun olan balans növləri A-benefit-də!
 

  • Restoran
    Dünyanın bütün restoranlarında keçərlidir.
  • Yanacaq
    İstənilən və ya seçilmiş yanacaqdoldurma məntəqələrində (YDM) keçərlidir.
  • Fitness
    İstənilən və ya seçilmiş idman zallarında keçərlidir.
a-Benefit balans növləri

A-Benefit balansından necə istifadə edə bilərsən?

  • Seçdiyin balans növünə uyğun olan məkanlarda ödəniş etdikdə məbləğ avtomatik olaraq həmin balansdan silinəcək.
  • A-Benefit balansını öz və ya digər kart hesabına köçürmək və ya nağdlaşdırmaq mümkün deyil.
  • Balansını ehtiyac və istəyinə uyğun olaraq gündəlik, aylıq və ya davamlı şəkildə təyin edə bilərsən.
A-Benefit balansından necə istifadə edə bilərsən?

FAQ

a-Benefit şirkət əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi təyinatlı balansdır. Şirkət tərəfindən müəyyən edilən kateqoriyalarda (restoran, yanacaq, fitness və s.) ödəniş etmək üçün istifadə olunur.

a-Benefit balansı yalnız şirkət tərəfindən seçilmiş kateqoriyalarda və ya müəssisələrdə ödəniş etmək üçün istifadə edilə bilər. Balansı digər kateqoriya ödənişlərində və ya pul köçürmələrində istifadə etmək mümkün deyil.

a-Benefit balansı ilə akart-ın partnyor müəssisələrində ödəniş edərkən əlavə keşbek bonusları və endirim əldə etmək mümkündür.

Xeyr. a-Benefit balansındakı məbləğ ilə yalnız şirkət tərəfindən müəyyən edilmiş kateqoriyalarda ödəniş etmək olar. Köçürmə və nağdlaşdırma mümkün deyil.

Bəli. Tutaq ki, a-Benefit balansınız 50 AZN, hesab isə 100 AZN təşkil edir. Bu zaman a-Benefit balansınızdakı 50 AZN silinəcək, qalan məbləğ isə akart balansınızdan çıxılacaq. Əgər akart balansınız da yetərsiz olarsa, "Tamamla" kreditini tətbiq daxilində aktiv edərək hesab ödənişinizi tamamlaya bilərsiniz.

Şirkət tərəfindən seçilmiş kateqoriyalara (restoran, yanacaq, fitness və s.) uyğun olan müəssisələrdə ödəniş edərkən a-Benefit balansınızdan istifadə edə bilərsiniz.