Tez-tez verilən suallar

Clear

Axtarış nəticələri

Üzr istəyirik, “” üçün nəticə yoxdur

Ana səhifəyə qayıt Ana səhifəyə qayıt

Axtarış nəticələri

Dəstək səhifəsinə qayıt

1” üçün axtarış nəticələri

Top 5 Tez-tez Verilən Suallar

“akart“ tamamilə pulsuzdur.

“akart“ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.

“akart“ müraciət edilən kimi dərhal təqdim olunur.

  • 18 yaşına çatmamış abunəçilərə akart təqdim edilmir.
  • Abunəçi Azərbaycan vətəndaşı deyilsə, akartı əldə edə bilməz

Hazırda hər bir abunəçinin adında yalnız 1 “akart“ ola bilər.

Hazırda bu xidmət yalnız Azercell abunəçiləri üçün nəzərdə tutulur.

“akart“ı əldə etmək üçün korporativ nömrə ilə qeydiyyatdan keçmək mümkün deyil.

Hazırda yalnız rəqəmsal kartlar mövcuddur. Dəyişiklik olduğu halda, kütləvi informasiya kanalları vasitəsilə məlumat veriləcək.

“akart“ smartfonunuzda elektron formada yaradılır və saxlanılır. Bu kart vasitəsilə onlayn və heç bir təmas olmadan ödəniş etmək mümkündür. Kartın, həmçinin özünəməxsus istifadəçi nömrəsi, son istifadə tarixi və CVV kodu mövcuddur.

  • Kartda mövcud olan bütün verilənlərin (məlumatın) “random” (təsadüfi) şəkildə yaradılan rəqəmlərdən ibarət sətrə çevrilərək gizlədilməsi prosesinə “tokenləşdirmə” deyilir.
  • Bütün mövcud ödəniş kartlarında olduğu kimi,“akart“ın balansındakı vəsait və ümumiyyətlə kartla bağlı bütün məlumatlar VISA ödəniş sistemi tərəfindən tokenləşdirilir* və təhlükəsizlik təmin edilmiş olur.

“akart“ı Apple Pay və Google Pay ödəniş sistemlərinə əlavə etmək olar.

Kartın idarə edilməsi

“akart“ tamamilə pulsuzdur.

“akart“ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.

Hazırda hər bir abunəçinin adında yalnız 1 “akart“ ola bilər.

“akart“ müraciət edilən kimi dərhal təqdim olunur.

18 yaşına çatmamış abunəçilərə “akart“ təqdim edilmir.
Abunəçi Azərbaycan vətəndaşı deyilsə, “akart“ı əldə edə bilməz.

“akart“ hesabından vəsaiti NFC sistemini dəstəkləyən bütün terminallarda nağdlaşdırmaq olar.

• PAŞA Bank və Kapital Bank ATM-lərində 1% komissiya (min. 1 AZN)
• Digər ATM-lərdə isə 2% komissiya (min. 2 AZN) hesablanacaq. (Emitent bankın şərtlərindən asılı olaraq, əlavə komissiya tutula bilər.)

Qeyd: 23.10.2023 tarixindən etibarən “akart“-dan ölkəxarici ATM-lərdə nağlaşdırma əməliyyatları dayandırılacaqdır.

Ödənişlər və köçürmələr

Aylıq 1000 AZN-dək köçürmələr komissiyasızdır. 1000 AZN-dən daha yuxarı köçürmələr üçün isə 1000 AZN-dən əlavə hissəyə 1% komissiya hesablanacaq.

  • Kartdan karta bir dəfəyə köçürülə bilən maksimum məbləğ 2 000 AZN təşkil edir
  • Kartdan karta pul köçürmələrinin gündəlik limiti 10 000 AZN-dir
  • akart istifadəçiləri arasında köçürmələr üçün gündəlik limit 3 000 AZN təşkil edir
  • akart istifadəçiləri arasında bir dəfəyə köçürülə bilən maksimum məbləğ 3 000 AZN təşkil edir
  • Gündəlik olaraq maksimum tranzaksiya limiti: 15 dəfə

Xeyr, yalnız başqa karta ilk köçürmə zamanı OTP daxil edilməlidir. Daha sonra eyni karta 500 AZN-dan az məbləğin köçürülməsi zamanı OTP daxil etmək lazım olmayacaq. Lakin köçürdüyün məbləğ 500 AZN və ya daha çoxdursa, yaxud fərqli bir karta pul köçürürsənsə, təhlükəsizliyi təmin etmək üçün OTP daxil etmək tələb olunacaq.

  • Tətbiqə daxil olaraq “Balansın artırılması” düyməsinə sıxın.
  • Daha sonra “Digər kartdan” düyməsini basın.
  • Məbləği qeyd edərək balansı artırın. İstəyinizə uyğun olaraq gələcək əməliyyatları asanlaşdırmaq üçün kartı yaddaşda saxlaya bilərsiniz. Bunun üçün “Kartı yaddaşda saxla” düyməsini basmaq kifayət edir. 3D Secure tələb olunduğu halda, kartı manual olaraq və ya skan edilmiş versiyasını əlavə edin.

Digər “akart“ istifadəçilərinin hesablarına pul vəsaitinin göndərilməsi üçün minimum məbləğ hələ ki təyin edilməyib. Lakin mobil balansın artırılması zamanı isə minimum məbləğ 1 AZN təşkil edir.

  • “akart“ səhifəsinə daxil olaraq “Digər” düyməsini seçin.
  • Daha sonra “Mobil ödənişlər” bölməsinə daxil olub müvafiq nömrəni qeyd edin (telefon kitabçasından seçməklə, ad və ya nömrə qeyd etməklə).
  • Məbləği daxil edərək “Ödə” düyməsi basın.
    Köçürmə zamanı göndərən şəxs tərəfindən əlavə şərh də qeyd edilə bilər (maksimum 200 simvol).

Vəsaiti qəbul edən şəxsə balansın artırılması barədə müvafiq bildiriş mesajı göndərilir. Bildiriş mesajında göndərilən məbləğ, göndərən şəxsin adı/nömrəsi və şərhi qeyd edilir.

Bu xidmət vasitəsilə hazırda yalnız Azercell-ə məxsus nömrələrin balansını artırmaq mümkündür.

Rəqəmsal kartla ödəniş edərkən heç bir komissiya tutulmur.

*akart ilə sadəcə tətbiq daxilində "Mağazalar şəbəkəsi" kateqoriyası üzrə ödənişlərdə 0.5% (min. 1 AZN) komissiya tətbiq olunur. Qalan bütün kateqoriyalar üzrə ödənişləri komissiyasız şəkildə həyata keçirmək mümkündür. 

Ödəniş və ya pul köçürülməsi zamanı problem yaranarsa, ölkədaxili zənglər üçün *3443 nömrəsinə, stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün isə (+994 12) 490 49 43 müraciət etməyiniz tövsiyə olunur.

Parkinq ödənişini etmək üçün:

  • Ödənişlər bölməsinə daxil ol;
  • “Parkinq ödənişi“ kateqoriyasını seç;
  • Ödəniş etmək istədiyin Parkinq xidmətini seç;
  • QR kodu skan et və ya manual olaraq yaz;
  • Ödənişi icra et.

Ödənişləri etmək üçün:

  • “Ödənişlər“ bölməsinə daxil ol;
  • “ASAN xidmət“ kateqoriyasını seç;
  • Asan ödənişə daxil ol;
  • QR kodu skan et;
  • Ödənişi icra et.

Avtomatik ödənişləri əlavə etmək üçün:

  • “Ödənişlər“ bölməsinə daxil ol;
  • “Avtomatik ödəniş əlavə et“ düyməsinə klik et;
  • Xidmət növünü seç;
  • Müvafiq xanaları doldur;
  • Yadda saxla düyməsinə klik et.

İanələri “akart”ın “Ödənişlər” səhifəsində “Xeyriyyəçilik” kateqoriyasına keçid edib “Qızıl Aypara Cəmiyyəti” bəndini seçməklə etmək olar.

İanə üçün minimum məbləğ 1 AZN, maksimum isə 1000 AZN təşkil edir.

Loyallıq

Mobil balans artımı – 3% (Kampaniyanın son tarixi: 31.12.2024)
Aptek, YDM, avtoehtiyat hissələri – 2%
Bütün digər kateqoriyalar üzrə - 1%

Bundan əlavə, akart ilə “Visa PayCity” şəbəkəsində xüsusi kampaniyalar və endirim fürsətlərindən də yararlana bilərsiniz. Daha ətraflı: https://akart.az/az/loyalliq/paycity

Keşbek bonusları sadəcə ölkə daxilində keçirilən əməliyyatlar üzrə hesablanır.

Ödəniş etdikdən dərhal sonra keşbek bonusu keşbek balansına köçür. Keşbek üzrə avtomatik köçürməni aktiv edib qazanılan keşbeki avtomatik olaraq akart hesabına köçürmək mümkündür.

Bir gün ərzində hər bir kateqoriya üzrə 5 əməliyyatdan keşbek qazanmaq mümkündür.

Keşbek qazanmaq üçün minimum dövriyyə tələbi mövcud deyil. Hər kateqoriyada birdəfəlik ödənişlər üçün 10, aylıq isə 25 AZN qazanmaq mümkündür. Ümumilikdə isə, hər ay maksimum 100 AZN keşbek qazana bilərsiniz. Kateqoriyalar üzrə faizlər isə aşağıdakı kimidir:

  • Mobil balans artımı – 3% (Kampaniyanın son tarixi: 31.12.2024)
  • Supermarket, aptek, YDM və avtoehtiyat hissələri mağazalarında – 2%
  • Digər ödənişlərdə - 1%

Nağdsız ödənişdən qazanılan keşbek məbləği həmin əməliyyat ləğv edilən zaman hesabdan tutulur. Əgər əldə edilən keşbek artıq balansda mövcud deyilsə, deməli, əməliyyat ləğv edilən zaman əmtəə malının dəyərindən keşbek məbləği çıxılır.

  • Sığorta ödənişləri;
  • Mərc oyunları;
  • Karta vəsait mədaxil etdikdə (ATM-Cash, Pos-Cash kimi əməliyyatlar);
  • Kartdan karta köçürmə əməliyyatları (Card-to-Card, Visa Direct, Mastercard Money Send);
  • ASAN xidmət ödənişləri;
  • Elektron cüzdanların balansına vəsaitin mədaxili (QIWI, YandexMoney və s);
  • Borcun ödənməsinə görə onlayn ödənişlər (ipoteka, istehlak krediti, taksit, güzəşt müddəti ilə borcun ödənilməsi və s.);
  • Hökumət portalı (HÖP) vasitəsi ilə həyata keçirilən onlayn ödəmələr (Kommunal xidmətlər, dövlət ödənişləri, cərimələr, vergilər, gömrük rüsumları və s);
  • Ölkə xaricində yerləşən mağazalardan və onlayn saytlardan alış-veriş etdikdə.
  • Mobil operator üzrə ödənişlər;
  • İctimai nəqliyyat üzrə ödənişlər;
  • Bir sıra ticarət obyektlərində sui-istifadə halları aşkar edildiyi üçün həmin məkanlarda əməliyyat üzrə keşbek qazanmaq mümkün deyil.

Keşbek yalnız AZN ilə reallaşan əməliyyatlar üçün hesablanır.

QR kod ilə edilən ödənişlər üzrə YDM-lərdə keşbekin əldə edilməsi müvəqqəti olaraq mümkün deyil.

  • akart ilə kommunal ödənişlər 1% keşbek qazandırır. (Azərsu (əhali/qeyri-əhali), Azəriqaz (əhali), Azərişıq (əhali/qeyri-əhali) AzərİstilikTəchizat ödənişlərindən keşbek qazanmaq olar.)  

  • Sözügedən ödənişlər üzrə gün ərzində maksimum 5 əməliyyatdan keşbek qazana bilərsiniz,  

  • Kommunal ödənişlər akart tətbiqində “Digər Ödənişlər” kateqoriyasına daxildir,  

  • Kateqoriya üzrə birdəfəlik maksimum 10 AZN, aylıq isə maksimum 25 AZN qazana bilərsiniz,  

  • Qazanılan məbləğ “aylıq 100 AZN keşbek limiti”nə daxildir və ümumi “Keşbek Bonusları” qaydaları sözügedən kateqoriyaya şamil edilir.  

  • Azercell nömrə balansını akart ilə artıraraq 3% keşbek qazanmaq mümkündür;
  • Sözügedən ödənişlər üzrə gün ərzində maksimum 5 əməliyyatdan keşbek qazanmaq olar;
  • Bu ödənişlər “Digər Ödənişlər” kateqoriyasına daxildir;
  • Kateqoriya üzrə birdəfəlik qazanıla biləcək maksimum məbləğ 10 AZN, aylıq isə 25 AZN təşkil edir;
  • Qazanılan məbləğ “aylıq maksimum 100 AZN keşbek qazanmaq limiti”-nə daxildir və ümumi “Keşbek Bonusları” qaydaları sözügedən kateqoriyaya şamil edilir.

PayCity.az VISA şirkətinin, tərkibində müxtəlif dərəcəli endirimlər təqdim etdiyi platformadır. Bu platformada yer alan partnyorlarda akart-dan istifadə edərək onlara məxsus POS-terminal və yaxud E-COM ilə keçən əməliyyatlarda endirimdən yararlanmaq mümkündür. Endirim satış qəbzinə uyğun dərhal tətbiq edilir.

Partnyorların siyahısı mütəmadi olaraq yenilənə, təqdim edilən endirim faizlərində dəyişiklik ola bilər. Partnyorların ən son siyahısını bu keçiddən əldə etmək olar: https://www.paycity.az/partners

Əməliyyat zamanı endirim tətbiq olunan məbləğə, müvafiq olaraq keşbek hesablanaraq dərhal hesabına köçür.

Yaranan problemin həllini tapmaq üçün, ilk öncə yuxarıda qeyd olunan keçiddə aktiv partnyorların siyahısını yoxlamaq lazımdır. Əgər partnyor həmin siyahıda yer alır və endirim hesablanmasında texniki problem yaşanmışdırsa, bu zaman *3443 nömrəsinə zəng edərək müvafiq məsələ ilə bağlı məlumat verilməlidir.

Xeyr. Sadəcə keşbek seçimi edən istifadəçilərə bu təklif aiddir.

Bəli.

Qazanılan keşbeki anında hesaba köçürmək mümkündür. Üstəlik, keşbek üzrə avtomatik köçürməni aktiv etmisənsə, keşbek birbaşa olaraq kart hesabına köçəcək.

Keşbek qazanmamağınız birdəfəlik ödənişin məbləğinə və ya aylıq kateqoriya limitinə çatmağına bağlı ola bilər. Digər bir halda ölkədaxili zənglər üçün *3443 nömrəsinə, stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün isə (+994 12) 490 49 43 müraciət etməyin tövsiyə olunur.

Bonus seçimi keşbek olan hər kəs partnyorlarda ödəniş edərkən keşbek qazanacaq. Əgər bonus seçimin giqabaytdırsa, seçimini keşbekə dəyişərək növbəti ayın ilk günündən partnyorlarda keşbek qazana bilərsən.

Qeyd: Xurcun və San Tortino-da sadəcə filialların özündə edilən təmassız ödənişlər üzrə keşbek hesablanır.

Tamamla

"Tamamla" kreditindən istifadə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Belə ki, tətbiqə daxil olursunuz, "Tamamla" bannerinə klikləyirsiniz, Kredit Müqaviləsi ilə tanış olub, razılığınızı video qeydiyyat və birdəfəlik kod vasitəsilə təsdiq edirsiniz. Qeydiyyatdan uğurla keçsəniz, "Tamamla" krediti sizin üçün əlçatan olacaq. Balansınızın ödəniş üçün kifayət etmədiyi hallarda ödəniş tamamlanacaq və müvafiq kredit borcu yaradılacaq.

“Tamamla” kreditindən istifadə etmək üçün hər hansı əlavə sənəd tələb olunmur.

“Tamamla” krediti 30 gün müddətinə verilir.

“Tamamla” krediti birdəfəlik 20% komissiya ilə (minimum 1 AZN olmaqla) təqdim edilir.

“Tamamla” krediti 30 (otuz) gün müddətinə verilir. Əgər 30 gün ərzində kreditin ödənişi tamamlamasanız, hər gecikmə günü üçün dəbbə pulu hesablanacaq:

Ödənməmiş kredit məbləği Günlük dəbbə pulu
10 AZN-ə qədər 0.20 AZN
10 AZN-dən 20 AZN-ə qədər 0.40 AZN
20 AZN-dən 30 AZN-ə qədər 0.60 AZN
30 AZN-dən 40 AZN-ə qədər 0.80 AZN
40 AZN və daha çox 1.00 AZN

“Tamamla” krediti üçün maksimum 50 AZN borc limiti təyin olunmuşdur. Gələcəkdə borc limitində ümumi dəyişiklik olan zaman bu barədə məlumat əldə edəcəksiniz.

“Tamamla” krediti akart balansında kifayət qədər vəsait olmadığı təqdirdə tətbiqdaxili və POS terminal ödənişlərini həyata keçirmək üçün verilir. Ödəniş zamanı akart balansınızda kifayət qədər vəsait olmadıqda və ödəniş əməliyyatını tamamlamaq üçün lazım olan məbləğ 50 AZN-i keçmədikdə, həmin vəsait kredit şəklində sizə ayrılır.

Ətraflı məlumat və əlaqə üçün:

Ölkədaxili zənglər üçün: *3443

Stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün: (+994 12) 490 49 43