Anında kredit əldə et
Heç yerə getmədən
Heç bir sənəd imzalamadan
Tam onlayn şəkildə, 24/7 əlçatan
İndi müraciət et
Kimlər "Tamamla" krediti üçün müraciət edə bilər?
AR vətəndaşları
Azercell abunəçiləri
akart istifadəçiləri
"Tamamla" krediti üçün müraciət et
"Tamamla" krediti üçün müraciət et
-
1
Banner-ə kliklə
-
2
İstifadə şərtləri ilə razılaş
-
3
Video qeydiyyatdan keç
-
4
"Tamamla"nı uğurla aktivləşdirdin!
Banner-ə kliklə
İstifadə şərtləri ilə razılaş
Video qeydiyyatdan keç
"Tamamla"nı uğurla aktivləşdirdin!
FAQ
"Tamamla" kreditindən istifadə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Belə ki, tətbiqə daxil olursunuz, "Tamamla" bannerinə klikləyirsiniz, Kredit Müqaviləsi ilə tanış olub, razılığınızı video qeydiyyat və birdəfəlik kod vasitəsilə təsdiq edirsiniz. Qeydiyyatdan uğurla keçsəniz, "Tamamla" krediti sizin üçün əlçatan olacaq. Balansınızın ödəniş üçün kifayət etmədiyi hallarda ödəniş tamamlanacaq və müvafiq kredit borcu yaradılacaq.
“Tamamla” kreditindən istifadə etmək üçün hər hansı əlavə sənəd tələb olunmur.
“Tamamla” krediti 30 gün müddətinə verilir.
“Tamamla” krediti birdəfəlik 20% komissiya ilə (minimum 1 AZN olmaqla) təqdim edilir.
“Tamamla” krediti 30 (otuz) gün müddətinə verilir. Əgər 30 gün ərzində kreditin ödənişi tamamlamasanız, hər gecikmə günü üçün dəbbə pulu hesablanacaq:
Ödənməmiş kredit məbləği | Günlük dəbbə pulu |
10 AZN-ə qədər | 0.20 AZN |
10 AZN-dən 20 AZN-ə qədər | 0.40 AZN |
20 AZN-dən 30 AZN-ə qədər | 0.60 AZN |
30 AZN-dən 40 AZN-ə qədər | 0.80 AZN |
40 AZN və daha çox | 1.00 AZN |
“Tamamla” krediti üçün maksimum 50 AZN borc limiti təyin olunmuşdur. Gələcəkdə borc limitində ümumi dəyişiklik olan zaman bu barədə məlumat əldə edəcəksiniz.
“Tamamla” krediti akart balansında kifayət qədər vəsait olmadığı təqdirdə tətbiqdaxili və POS terminal ödənişlərini həyata keçirmək üçün verilir. Ödəniş zamanı akart balansınızda kifayət qədər vəsait olmadıqda və ödəniş əməliyyatını tamamlamaq üçün lazım olan məbləğ 50 AZN-i keçmədikdə, həmin vəsait kredit şəklində sizə ayrılır.