“akart” ilə ödə və giqabayt qazan!

Alış-veriş etdikcə pulsuz giqabayt qazanmağa başla.

Hero banner 1 Hero banner 2

“akart” ilə ödənişlər giqabayt qazandırır!

akart"la hər 50 AZN ödəniş 1 GB qazandırır. Tələb olunan həcmə çatmaq üçün birdən çox ödəniş etmək olar və qalıq ödənişlər növbəti aya keçərkən hesablanacaq.

“akart” ilə ödənişlər giqabayt qazandırır!

Hər ödənişdən giqabayt bonusları əldə et. Aylıq 10 GB-dək qazan.

Hər ödənişdən giqabayt bonusları əldə et. Aylıq 10 GB-dək qazan.

Giqabaytdan necə istifadə edim?

Giqabaytdan necə istifadə edim?

  • 1
    "Üstünlüklər"-ə daxil ol və "akart"-ın aşağısında yerləşən "Mənim Bonuslarım"-a keç
  • 2
    "Giqabaytları"-ı seç
  • 3
    Səhifədəki məlumatlarla tanış ol və "Aktivləşdir"-i bas
  • 4
    Xərclədikcə qazanmağa başla!

Bir bonusdan daha artıq

İstədiyin qədər qazan

Hər ödənişdən yüksək GB bonusları qazanmaq imkanından faydalan

İstədiyin qədər qazan
Xərclə və pulsuz giqabayt əldə et

POS ödənişlərini "akart" ilə həyata keçir və GB bonusları qazan

Xərclə və pulsuz giqabayt əldə et
10 GB-dək qazan

"akart" ilə xərclədikcə hər ay 10 GB-dək bonus qazan!

10 GB-dək qazan

Bir bonusdan daha artıq

FAQ

İstifadəçilər “akart” vasitəsilə həyata keçirdikləri nağdsız ödənişlərə görə giqabaytlar qazana bilərlər. Qeyd edək ki, hər 50 AZN nağdsız ödəniş üçün 1 GB, aylıq isə maksimum 10 GB qazanmaq mümkündür.
Giqabayt bonusları yalnız B2C nömrələr üçün aktivdir. Şəxsi nömrələr biznes kateqoriyasına daşındığı zamanı Giqabayt bonusları deaktiv olacaq. Lakin bu halda keşbek bonusları istifadəçilər üçün aktiv olacaq.

İstifadəçilər əsas səhifədən “akart”- “Mənim Bonuslarım” səhifənin aşağısında “Giqabaytlara Keç” düyməsinə basaraq GB qazanmağa başlaya bilərlər. “Giqabayt Bonusları”-na keçid seçildiyi tarixdən etibarən deyil, növbəti ayın ilk günündən etibarən aktivləşəcək. Qeyd edək ki, GB-lar sadəcə “akart”-ın bağlı olduğu nömrə üçün aktivləşdirilə bilər. Qazanılan bonus internet paket bitdikdən sonra digər mövcud internet paketə keçid ediləcək. Paketi “akart” və ya SMS vasitəsilə ləğv etmək mümkündür.

İstifadəçilər “akart” vasitəsilə həyata keçirdikləri hər 50 AZN məbləğində nağdsız ödəniş üçün 1 GB qazanmaq şansına malikdirlər. Bir ay ərzində maksimum 10 GB həcmində bonus qazanmaq mümkündür. Qeyd edək ki, birdəfəlik 50 AZN dəyərində ödəniş etmək şərt deyil. Əgər ay ərzində 50 AZN tamamlanmayıbsa, qalıq məbləğ növbəti ay üçün hesablanacaq, lakin bu şərt bonus seçimi dəyişən zaman qüvvədən düşəcək.

GB bonusları yalnız POS və eComm vasitəsi ilə həyata keçirilən ödənişlərə şamil edilir. (İstisnalar: dövlət, kredit, sığorta, ipoteka, köçürmə, kommunal xidmətlərə əsaslanan ödənişlər). Qeyd: Sui-istifadə halı aşkarlanmış bəzi ticarət obyektlərində edilən ödəniş üçün GB bonusları nəzərə alınmaya bilər.

Həyata keçirilən hər 50 AZN məbləğində ödəniş 14 gün müddətində təsdiqlənir. İstifadəçi ödənişi fərqli məbləğlərdə edibsə, etdiyi ən son ödənişin müddəti 14 gün tamamlandıqdan sonra GB aktivləşdirmək mümkün olacaq (növbəti ayın 1-i aktivləşəcəyi qaydasını nəzərə almaq şərti ilə).

Aktivləşdirilən internet paketini 30 gün müddətində istifadə etmək olar. Qazanılan internet paketi növbəti ayın ilk günündən son gününədək aktivləşdirmək mümkündür və istifadəçi qazandığı bonusu digər istifadəçiyə köçürə bilməz. Vəd edilən giqabayt həcmini yalnız bütöv şəkildə aktivləşdirmək olar. Ay sonunadək təsdiqlənmiş GB aktivləşdirilməsə, bonuslar ləğv olacaq və növbəti aya keçirilməyəcək.

Xeyr. Seçilən bonus kateqoriyası növbəti ayın ilk günündən qüvvəyə mindiyinə görə cari ay üçün qazanılmış GB həcmini aktivləşdirib ay sonuna kimi istifadə etmək mümkün olacaq. Qeyd: Ayda yalnız bir dəfə bonus kateqoriyasını dəyişmək olar.