Top 5 Tez-tez Verilən Suallar
“akart“ tamamilə pulsuzdur.
“akart“ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.
“akart“ müraciət edilən kimi dərhal təqdim olunur.
- 18 yaşına çatmamış abunəçilərə akart təqdim edilmir.
- Abunəçi Azərbaycan vətəndaşı deyilsə, akartı əldə edə bilməz
Hazırda hər bir abunəçinin adında yalnız 1 “akart“ ola bilər.
Hazırda bu xidmət yalnız Azercell abunəçiləri üçün nəzərdə tutulur.
“akart“ı əldə etmək üçün korporativ nömrə ilə qeydiyyatdan keçmək mümkün deyil.
Hazırda yalnız rəqəmsal kartlar mövcuddur. Dəyişiklik olduğu halda, kütləvi informasiya kanalları vasitəsilə məlumat veriləcək.
“akart“ smartfonunuzda elektron formada yaradılır və saxlanılır. Bu kart vasitəsilə onlayn və heç bir təmas olmadan ödəniş etmək mümkündür. Kartın, həmçinin özünəməxsus istifadəçi nömrəsi, son istifadə tarixi və CVV kodu mövcuddur.
- Kartda mövcud olan bütün verilənlərin (məlumatın) “random” (təsadüfi) şəkildə yaradılan rəqəmlərdən ibarət sətrə çevrilərək gizlədilməsi prosesinə “tokenləşdirmə” deyilir.
- Bütün mövcud ödəniş kartlarında olduğu kimi,“akart“ın balansındakı vəsait və ümumiyyətlə kartla bağlı bütün məlumatlar VISA ödəniş sistemi tərəfindən tokenləşdirilir* və təhlükəsizlik təmin edilmiş olur.
“akart“ı Apple Pay və Google Pay ödəniş sistemlərinə əlavə etmək olar.
Kartın idarə edilməsi
akart tamamilə pulsuzdur.
“akart“ın istifadə müddəti 3 il təşkil edir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. Abunəçi yeni kartı aktivləşdirməsə, balansda saxlanılan pul vəsaiti bloklanacaq.
Hazırda hər bir abunəçinin adında yalnız 1 “akart“ ola bilər.
“akart“ müraciət edilən kimi dərhal təqdim olunur.
18 yaşına çatmamış abunəçilərə “akart“ təqdim edilmir.
Abunəçi Azərbaycan vətəndaşı deyilsə, “akart“ı əldə edə bilməz.
“akart“ hesabından vəsaiti NFC sistemini dəstəkləyən bütün terminallarda nağdlaşdırmaq olar.
• PAŞA Bank və Kapital Bank ATM-lərində 1% komissiya (min. 1 AZN)
• Digər ATM-lərdə isə 2% komissiya (min. 2 AZN) hesablanacaq. (Emitent bankın şərtlərindən asılı olaraq, əlavə komissiya tutula bilər.)
Qeyd: 23.10.2023 tarixindən etibarən “akart“-dan ölkəxarici ATM-lərdə nağlaşdırma əməliyyatları dayandırılacaqdır.
Ödənişlər və köçürmələr
Aylıq 1000 AZN-dək köçürmələr komissiyasızdır. 1000 AZN-dən daha yuxarı köçürmələr üçün isə 1000 AZN-dən əlavə hissəyə 1% komissiya hesablanacaq.
Digər kartlara birdəfəlik köçürmə limiti (W2C) - 2.000 AZN
Digər kartlara gündəlik köçürmə limiti (W2C) - 7.500 AZN
akart istifadəçiləri arasında birdəfəlik köçürmə limiti (P2P) - 3.000 AZN
akart istifadəçiləri arasında gündəlik köçürmə limiti (P2P) - 3.000 AZN
Aylıq ümumi köçürmə limiti (W2C, P2P) - 50.000 AZN
Gündəlik maksimum tranzaksiya limiti (say) - 15 dəfə
Xeyr, yalnız başqa karta ilk köçürmə zamanı OTP daxil edilməlidir. Daha sonra eyni karta 500 AZN-dan az məbləğin köçürülməsi zamanı OTP daxil etmək lazım olmayacaq. Lakin köçürdüyün məbləğ 500 AZN və ya daha çoxdursa, yaxud fərqli bir karta pul köçürürsənsə, təhlükəsizliyi təmin etmək üçün OTP daxil etmək tələb olunacaq.
akart balansını tətbiq daxilində istənilən bank kartı ilə və ya MilliÖn, eManat, Expresspay terminalları vasitəsilə tam komissiyasız artırmaq mümkündür.
Digər “akart“ istifadəçilərinin hesablarına pul vəsaitinin göndərilməsi üçün minimum məbləğ hələ ki təyin edilməyib. Lakin mobil balansın artırılması zamanı isə minimum məbləğ 1 AZN təşkil edir.
- “akart“ səhifəsinə daxil olaraq “Digər” düyməsini seçin.
- Daha sonra “Mobil ödənişlər” bölməsinə daxil olub müvafiq nömrəni qeyd edin (telefon kitabçasından seçməklə, ad və ya nömrə qeyd etməklə).
- Məbləği daxil edərək “Ödə” düyməsi basın.
Köçürmə zamanı göndərən şəxs tərəfindən əlavə şərh də qeyd edilə bilər (maksimum 200 simvol).
- Digər bank kartlarından akart-a mədaxil üzrə gündəlik limit - 7.500 AZN
- Digər bank kartlarından akart-a mədaxil üzrə aylıqlimit - 50.000 AZN
- Gündəlik maksimum tranzaksiya limiti (say) - 15 dəfə
Rəqəmsal kartla ödəniş edərkən heç bir komissiya tutulmur.
*akart ilə sadəcə tətbiq daxilində "Mağazalar şəbəkəsi" kateqoriyası üzrə ödənişlərdə 0.5% (min. 1 AZN) komissiya tətbiq olunur. Qalan bütün kateqoriyalar üzrə ödənişləri komissiyasız şəkildə həyata keçirmək mümkündür.
Ödəniş və ya pul köçürülməsi zamanı problem yaranarsa, ölkədaxili zənglər üçün *3443 nömrəsinə, stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün isə (+994 12) 490 49 43 müraciət etməyiniz tövsiyə olunur.
Parkinq ödənişini etmək üçün:
- Ödənişlər bölməsinə daxil ol;
- “Parkinq ödənişi“ kateqoriyasını seç;
- Ödəniş etmək istədiyin Parkinq xidmətini seç;
- QR kodu skan et və ya manual olaraq yaz;
- Ödənişi icra et.
Ödənişləri etmək üçün:
- “Ödənişlər“ bölməsinə daxil ol;
- “ASAN xidmət“ kateqoriyasını seç;
- Asan ödənişə daxil ol;
- QR kodu skan et;
- Ödənişi icra et.
Avtomatik ödənişləri əlavə etmək üçün:
- “Ödənişlər“ bölməsinə daxil ol;
- “Avtomatik ödəniş əlavə et“ düyməsinə klik et;
- Xidmət növünü seç;
- Müvafiq xanaları doldur;
- Yadda saxla düyməsinə klik et.
İanələri “akart”ın “Ödənişlər” səhifəsində “Xeyriyyəçilik” kateqoriyasına keçid edib “Qızıl Aypara Cəmiyyəti” bəndini seçməklə etmək olar.
İanə üçün minimum məbləğ 1 AZN, maksimum isə 1000 AZN təşkil edir.
AZAL Miles – Azərbaycan Hava Yollarının (AZAL) loyallıq proqramıdır. Bu proqram çərçivəsində topladığınız milləri akart tətbiqində yalnız ödəniş vasitəsi kimi istifadə edə bilərsiniz.
akart tətbiqində yalnız daha öncədən topladığınız AZAL Millərini ödəniş üçün istifadə edə bilərsiniz.
Millərdən aşağıdakı xidmətlər üçün istifadə etmək mümkündür:
-
Mobil ödənişlər - Azercell, Bakcell, Nar
-
Kommunal xidmətlər - Azəriqaz, Azərişıq, Azərsu, Azəristiliktəchizat
akart tətbiqində AZAL Miles qazanmaq mümkün deyil. Siz yalnız topladığınız mövcud milləri xərcləyə bilərsiniz.
Xeyr, AZAL Miles balansını nə nağdlaşdırmaq, nə də kart hesabına köçürmək mümkün deyil.
AZAL Miles ailə hesabı birinci dərəcəli ailə üzvlərinin (valideyn, həyat yoldaşı, övlad) "səyahət millərini" (travel miles) bir yerdə toplamaq üçün birləşdirməyə imkan verir.
Yalnız hesab sahibi akart tətbiqi daxilində AZAL Miles hesabına daxil ola bilər.
Loyallıq
Bəli, keşbekin hesablanması üçün hər ay kateqoriya seçimi edilməlidir. Keşbek yalnız seçilmiş kateqoriyalar üzrə hesablanır.
Keşbek ölkədaxili AZN valyutasında keçən ödənişlərə şamildir (İstisna - Trendyol).
Trendyoldan həm AZN, həm TRY valyutası üzrə alışverişlərdən keşbek qazanmaq mümkündür.
Keşbek ödənişdən sonra anında keşbek balansına köçür.
Keşbek məbləğinin köçürülməsi üçün heç bir limit tətbiq olunmayıb.
Ödəniş etdiyiniz şəbəkənin MCC kodu aşağıdakılar ilə eyniləşməsə keşbek hesablanmayacaq, MCC kodu tranzaksiya detallarından izləmək mümkündür.
Supermarket - 5411, 5499
YDM - 5172, 5983, 5541, 5542
Aptek - 5912, 5122
Restoran - 5811, 5812, 5813, 5814
Geyim - 5651, 5611, 5691, 5699, 5655, 5621, 5631, 5641, 5697, 5681, 5661, 5698, 7296, 5137, 5139
Əyləncə - 7832, 7922, 7991
Sport&Gözəllik - 7032, 7230, 7297, 7298,7941, 7997
Kitab & Ofis ləvazımatları - 5192, 5942, 5943
Avto hissələr - 5013, 5511, 5532, 5533, 7531, 7534, 7535, 7538
Taksi – 4121
Supermarket, YDM (yanacaqdoldurma məntəqəsi), Aptek, Restoran, Geyim, Əyləncə, Sport&Gözəllik salonu, Ofis ləvazimatları və kitab mağazaları, Trendyol, Autoparts, Taksi kateqoriyalarından və Partnyorlardan hər biri üzrə ay ərzində qazanıla biləcək maksimum keşbek 25 AZN-dir .
Azercell mobil nömrə balans artımı və kommunal ödənişlər (Azəriqaz Əhali, Azərişıq Əhali, Azərsu, Azəristiliktəchizat) üzrə ay ərzində maksimum qazanıla biləcək keşbek 10 AZN-dir.
Bütün kateqoriyalar üzrə aylıq qazanıla biləcək maksimum keşbek 120 AZN təşkil edir.
Gün ərzində 1 kateqoriya üzrə 5 tranzaksiyadan keşbek qazanmaq mümkündür.
1 əməliyyat üzrə maksimal keşbek limiti 10 AZN-dir
PayCity.az VISA şirkətinin, tərkibində müxtəlif dərəcəli endirimlər təqdim etdiyi platformadır. Bu platformada yer alan partnyorlarda akart-dan istifadə edərək onlara məxsus POS-terminal və yaxud E-COM ilə keçən əməliyyatlarda endirimdən yararlanmaq mümkündür. Endirim satış qəbzinə uyğun dərhal tətbiq edilir.
Partnyorların siyahısı mütəmadi olaraq yenilənə, təqdim edilən endirim faizlərində dəyişiklik ola bilər. Partnyorların ən son siyahısını bu keçiddən əldə etmək olar:https://www.visapaycity.az
Əməliyyat zamanı endirim tətbiq olunan məbləğə, müvafiq olaraq keşbek hesablanaraq dərhal hesabına köçür.
Yaranan problemin həllini tapmaq üçün, ilk öncə yuxarıda qeyd olunan keçiddə aktiv partnyorların siyahısını yoxlamaq lazımdır. Əgər partnyor həmin siyahıda yer alır və endirim hesablanmasında texniki problem yaşanmışdırsa, bu zaman *3443 nömrəsinə zəng edərək müvafiq məsələ ilə bağlı məlumat verilməlidir.
Xeyr. Sadəcə keşbek seçimi edən istifadəçilərə bu təklif aiddir.
Bəli.
Qazanılan keşbeki anında hesaba köçürmək mümkündür. Üstəlik, keşbek üzrə avtomatik köçürməni aktiv etmisənsə, keşbek birbaşa olaraq kart hesabına köçəcək.
Keşbek qazanmamağınız birdəfəlik ödənişin məbləğinə və ya aylıq kateqoriya limitinə çatmağına bağlı ola bilər. Digər bir halda ölkədaxili zənglər üçün *3443 nömrəsinə, stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün isə (+994 12) 490 49 43 müraciət etməyin tövsiyə olunur.
Bonus seçimi keşbek olan hər kəs partnyorlarda ödəniş edərkən keşbek qazanacaq. Əgər bonus seçimin giqabaytdırsa, seçimini keşbekə dəyişərək növbəti ayın ilk günündən partnyorlarda keşbek qazana bilərsən.
Qeyd: Xurcun-da sadəcə filialların özündə edilən təmassız ödənişlər üzrə keşbek hesablanır.
Tamamla
"Tamamla" kreditindən istifadə etmək üçün heç yerə getməyə ehtiyac yoxdur. Belə ki, tətbiqə daxil olursunuz, "Tamamla" bannerinə klikləyirsiniz, Kredit Müqaviləsi ilə tanış olub, razılığınızı video qeydiyyat və birdəfəlik kod vasitəsilə təsdiq edirsiniz. Qeydiyyatdan uğurla keçsəniz, "Tamamla" krediti sizin üçün əlçatan olacaq. Balansınızın ödəniş üçün kifayət etmədiyi hallarda ödəniş tamamlanacaq və müvafiq kredit borcu yaradılacaq.
“Tamamla” kreditindən istifadə etmək üçün hər hansı əlavə sənəd tələb olunmur.
“Tamamla” krediti 30 gün müddətinə verilir.
“Tamamla” krediti birdəfəlik 20% komissiya ilə (minimum 1 AZN olmaqla) təqdim edilir.
“Tamamla” krediti 30 (otuz) gün müddətinə verilir. Əgər 30 gün ərzində kreditin ödənişi tamamlamasanız, hər gecikmə günü üçün dəbbə pulu hesablanacaq:
Ödənməmiş kredit məbləği | Günlük dəbbə pulu |
10 AZN-ə qədər | 0.20 AZN |
10 AZN-dən 20 AZN-ə qədər | 0.40 AZN |
20 AZN-dən 30 AZN-ə qədər | 0.60 AZN |
30 AZN-dən 40 AZN-ə qədər | 0.80 AZN |
40 AZN və daha çox | 1.00 AZN |
“Tamamla” krediti üçün maksimum 50 AZN borc limiti təyin olunmuşdur. Gələcəkdə borc limitində ümumi dəyişiklik olan zaman bu barədə məlumat əldə edəcəksiniz.
“Tamamla” krediti akart balansında kifayət qədər vəsait olmadığı təqdirdə tətbiqdaxili və POS terminal ödənişlərini həyata keçirmək üçün verilir. Ödəniş zamanı akart balansınızda kifayət qədər vəsait olmadıqda və ödəniş əməliyyatını tamamlamaq üçün lazım olan məbləğ 50 AZN-i keçmədikdə, həmin vəsait kredit şəklində sizə ayrılır.
Bəli. Əgər keşbek hesablanan əməliyyatı "Tamamla" krediti ilə həyata keçirmisinizsə, ödəniş zamanı keşbek hesablanacaqdır.
Ətraflı məlumat və əlaqə üçün:
Ölkədaxili zənglər üçün: *3443
Stasionar (şəhər) telefonlardan edilən zənglər və ölkəxarici danışıqlar üçün: (+994 12) 490 49 43