50 AZN-dək "Tamamla" krediti ilə hər ödənişdən pul və ya giqabayt qazan!

Yeni il sevincini akart ilə bölüşün! İndi "Tamamla" krediti ilə etdiyiniz ödənişlər sizə əlavə pul mükafatı və ya giqabayt bonuslar qazandırır. Dekabrın 22-dən yanvarın 4-dək tətbiqə daxil olun, şanslı xananı pozun və hədiyyənizi götürün!

Hədiyyəni necə qazanmaq olar?

Kampaniyada iştirak etmək və mükafat qazanmaq üçün bu sadə addımları izləyin:

  1. "Tamamla" kreditini aktivləşdirin: akart tətbiqində 50 AZN-dək "Tamamla" kredit xəttini qoşun.

  2. Ödəniş edin: Balansınızda vəsait kifayət etmədikdə, "Tamamla" limitindən istifadə edərək istənilən POS-terminal və ya tətbiqdaxili ödənişinizi həyata keçirin.

  3. Xananı pozun: Ödənişdən dərhal sonra tətbiqdəki "Tap" bölməsinə keçid edin.

  4. Mükafatınızı alın: Hədiyyəli xananı pozaraq nağd pul və ya GB paketlərindən birini qazanın!

Kampaniya şərtləri:

  • Müddət: 22 dekabr saat 12:00 – 4 yanvar saat 23:59.

  • Keçərlidir: Yalnız "Tamamla" krediti ilə edilən ödənişlərə şamil olunur.

  • Mükafatlar: Pul vəsaiti və ya internet trafiki (GB).