Solong-un təşkilatçılığı və akart-ın dəstəyi ilə bir araya gələrək unudulmaz bir elektron musiqi şousu həyata keçirdilər!
Ritmik eksperimentləri və janrlararası musiqi üslubu ilə tanınan Cornelius Doctor b2b Tushen Raï ikilisi, eləcə də şərq çalarlarını müasir elektron musiqi ilə birləşdirən fransız multi-instrumentalisti DJ Flamar gecəyə öz enerjiləri ilə damğa vurdular. Unikal işıq şousu və vizual effektlər bu möhtəşəm performansları tamamlayaraq qonaqlara fərqli bir musiqi təcrübəsi yaşatdı.
Tədbiri xüsusi edən təkcə musiqi və atmosfer deyildi – akart istifadəçiləri üçün təqdim olunan eksklüziv üstünlüklər də gecəni daha əlçatan etdi. Solong-un rəsmi saytında bilet alışlarına 20% endirim və tədbir ərzində xüsusi güzəştlər və hədiyyələr təqdim olundu. Qonaqlar rahat və sürətli ödəniş imkanlarını yüksək qiymətləndirdilər.
Bu tədbir, akart və Solong-un uğurlu əməkdaşlığının davamı idi. Daha əvvəl Şahdağda keçirilən Iceberg Festivalı zamanı da akart ödəniş imkanlarını asanlaşdıraraq festival iştirakçılarına sərfəli və rahat bir təcrübə təqdim etmişdi.
akart – həyatınızı yalnız asanlaşdırmaqla qalmır, onu daha əyləncəli etməyə də davam edir! Gələcəkdə akart istifadəçilərini daha çox eksklüziv təkliflər və unudulmaz tədbirlər gözləyir.