Ötən günlərdə Bakı Moda Həftəsi çərçivəsində Stereohall-da baş tutan açılış tədbiri paytaxtın gecə həyatına rəng qatdı. Tədbirin musiqili proqramı xüsusilə diqqət çəkdi: Maya Aziz və Dihaj-ın unudulmaz performansları, gecənin əsas ulduzu dünyaca məşhur musiqiçi İsfar Sarabskinin canlı elektron seti ilə zirvəyə çatdı. Moda, musiqi və müasir incəsənətin harmoniyasını təqdim edən tədbir vizual şouları ilə də qonaqların yaddaşında iz buraxdı.
Bu unikal gecənin fintex tərəfdaşı olaraq, akart qonaqlara rahat və sərfəli ödəniş təcrübəsi təqdim etdi - tədbir zamanı akart ilə edilən ödənişlərə 15% endirim imkanından faydalanmaq mümkün idi.Müasir maliyyə texnologiyası həlli olaraq, akart ilk dəfə deyil ki, bu kimi tədbirlərin fintex tərəfdaşı kimi elektron musiqi icmasının ayrılmaz bir hissəsinə çevrilir. akart ilə ödəniş etmək həm rahat, həm də sərfəli üsul kimi seçilir və bu, musiqi və yaradıcılıq icmasının gündəlik həyatında fintex həllərinin nə dərəcədə əlçatan olduğunu göstərir.