Rəqəmsal akart istifadəçilərinə yalnız maliyyə xidməti təqdim etməklə kifayətlənmir, həm də onların həyatına rəng qatmaq üçün çalışır. 18 yanvar tarixində Solong ilə əməkdaşlıq çərçivəsində Şahdağda keçirilən böyük elektron musiqi tədbiri bunun bariz nümunəsidir.
Solong musiqi platformasının təşkilatçılığı və akart-ın dəstəyi ilə keçirilən bu möhtəşəm tədbirdə tanınmış xarici və yerli DJ-lər səhnəyə çıxaraq elektron musiqi həvəskarlarına yüksək enerji bəxş etdilər. Unikal işıq şouları, dinamik ritmlər və həyəcanverici atmosfer tədbir iştirakçılarının yaddaşına həkk olundu.
Bu tədbir akart istifadəçiləri üçün xüsusi imtiyazlarla yadda qaldı. Bilet alışında və tədbir ərazisində edilən ödənişlərdə təqdim olunan 20% eksklüziv endirim, akart istifadəçilərinə özlərini xüsusi hiss etdirməklə yanaşı, onlara sürətli, təhlükəsiz və rahat alış-veriş təcrübəsi yaşatdı. Təmasız və nağdsız ödəniş imkanları sayəsində iştirakçılar vaxt itirmədən musiqinin və atmosferin dadını çıxara bildilər. Bu, sadəcə bir endirim deyil, akart-ın istifadəçilərinə verdiyi dəyərin və diqqətin bir göstəricisidir. Rəqəmsal akart ilə istənilən məkan, istənilən an daha əlçatan və unikal olur.
Möhtəşəm DJ performansları və enerjili musiqi ilə dolu bu tədbir, akart-ın mədəniyyət və əyləncə sahəsindəki ilk ictimai tərəfdaşlığı kimi tarixə düşdü. Bu isə yalnız başlanğıcdır. akart Azərbaycanda rəqəmsal maliyyə və həyat tərzini formalaşdırmaq, istifadəçilərinə yeni, fərqli və ilhamverici təcrübələr təqdim etmək üçün daha böyük addımlar atacaq.
akart – həyatınızı asanlaşdırmaqdan daha çox, onu daha dolğun və dəyərli edən təcrübələr yaradır. Gələcəkdə istifadəçilərini daha çox eksklüziv fürsət və maraqlı layihələrlə sevindirəcək!