Ödənişlərini akart ilə tamamla!

1 dəqiqə içərisində 50 AZN-dək kredit al və 30 gün müddətində geri ödə!

Section First Hero Image
Section Second Hero Image

Anında kredit əldə et

Heç yerə getmədən

Heç bir sənəd imzalamadan

Tam onlayn şəkildə, 24/7 əlçatan

Section Third Hero Image

İndi müraciət et

Kimlər "Tamamla" krediti üçün müraciət edə bilər?

AR vətəndaşları

Azercell abunəçiləri

"Tamamla" krediti üçün müraciət et

Banner-ə kliklə
İstifadə şərtləri ilə razılaş
Video qeydiyyatdan keç
"Tamamla" krediti uğurla aktivləşdirdin!

FAQ

Tamamla, balansınız kifayət etmədikdə ödənişinizi tamamlamağa imkan verən kredit xidmətidir.
İlk olaraq akart tətbiqində “Tamamla” xidmətini aktivləşdirməlisiniz. Aktivləşdirdikdən sonra sizə təqdim olunan kredit limiti çərçivəsində “Tamamla”dan istifadə edə bilərsiniz.
Mobil balansın artırılması, kommunal ödənişlər və POS ödənişləri üçün kredit istifadə oluna bilər. Mövcud istifadə imkanları sizə təqdim olunan kredit şərtlərindən asılıdır.
“Tamamla” krediti üzrə limit istifadəçiyə təqdim olunan limit əsasında müəyyən edilir və maksimum 50 AZN ola bilir.
Bəli. Limitiniz tam istifadə olunmayıbsa, qalan məbləğdən ödəniş tarixinədək yenidən istifadə edə bilərsiniz.
Məsələn: Kredit limitiniz 50 AZN-dir və 20 AZN istifadə etmisinizsə, qalan 30 AZN-dən də sonradan istifadə edə bilərsiniz.
Xeyr. Ödəniş tarixi ilk kredit istifadəsinə əsasən müəyyən edilir və qalan limitdən yenidən istifadə etdikdə dəyişmir.
Məsələn: 3 sentyabrda ilk dəfə “Tamamla”dan istifadə etmisinizsə, ödəniş tarixiniz 3 oktyabr olacaq. 3 oktyabradək qalan limitdən istifadə etsəniz belə, istifadə etdiyiniz bütün məbləği 3 oktyabradək ödəməlisiniz.
İlk istifadə tarixindən etibarən 30 gün ərzində “Tamamla” krediti üzrə istifadə etdiyiniz bütün məbləği geri ödəməlisiniz.
Bəli. Borcunuzu tam bağladıqdan sonra “Tamamla”dan yenidən istifadə edə bilərsiniz.
Yeni kredit üzrə 30 günlük müddət yeni istifadə tarixindən hesablanır.
Məsələn: Əvvəlki borcunuzu 3 oktyabradək tam bağladınız və 10 oktyabrda “Tamamla”dan yenidən istifadə etdiniz. Bu halda yeni ödəniş tarixiniz 10 noyabr olacaq.
Xidmət haqqı istifadə olunan kredit məbləğinin 25%-i, minimum 1 AZN təşkil edir.
Kredit üzrə gecikmə yarandıqda, istifadə olunmuş ümumi borc məbləğinə cərimə hesablanır.
Xeyr. Ödəniş tarixiniz çatmayıbsa və istifadə olunmamış kredit limitiniz varsa, əvvəlki borcunuzu tam bağlamadan qalan limitdən istifadə edə bilərsiniz.
Məsələn: 50 AZN-lik kredit limitindən 20 AZN istifadə etmisinizsə, qalan 30 AZN-dən də mövcud ödəniş tarixinədək istifadə edə bilərsiniz.